TRTAJANS - "Erməni ilə görüşdə yalnız qələbə barədə düşünürdüm"

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

“İlk iki görüşüm rahat keçdi. Hər ikisində vaxtından əvvəl qələbə qazandım. Əslində bütün qarşılaşmalara 6 dəqiqəlik mübarizə kimi baxıram və buna uyğun köklənirəm.

Bəzisi vaxtından əvvəl başa çatır, bəzisi isə son saniyəyə kimi davam edir". Bu fikirləri Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final məğlub etdiyi Ermənistan idmançısı Slavik Qalstyanla görüş barədə də danışıb: "Erməni ilə görüşdə heç bir həyəcan yox idi. Qarşılaşmaya yaxşı köklənmişdim. Ermənistanla münasibətlər hamıya bəllidir. Yanvarda Fransada keçirilən beynəlxalq turnirdə Qalstyana uduzmuşdum. Yenidən ona məğlub olmaq istəmirdim. Yalnız və yalnız qələbə haqqında düşünürdüm. Görüşə tam hazır idim. Allaha şükürlər olsun, qələbə qazana bildim.

Dadov daha sonra digər görüşlər haqqında fikirlərini bölüşüb: "Yarımfinaldakı rəqibim olan Ukraynalı güləşçi ilə heç vaxt qarşılaşmamışdım. Ancaq praktiki olaraq onu tanıyırdım. Finala gəlincə, qələbə qazanmağa yaxın idim. Bunun üçün bütün gücümü ortaya qoydum. Bu dəfə o qalib gəldi, gələn dəfə qələbə bizim tərəfimizdə olar. Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, pandemiya şəraitinə baxmayaraq, yarışda iştirakımız üçün əllərindən gələni ediblər. Həmçinin, məşqçilərə təşəkkürümü çatdırıram”.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...