TRTAJANS - Mədəniyyət

 Xəbərlərin Faktiki Ünvanı 

Kolumbiya mətbuatında 31 mart soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər insanlıq əleyhinə cinayətlər haqda məqalə işıq üzü görüb

Daha cox oxu...

Çeçenistanın başçısı Ramzan Kadırov Nobel Sülh Mükafatına namizəd göstərilib.

Daha cox oxu...

Gürcüstanda ötən ilin 29 sentyabr tarixində, xidməti vəzifəsini yerinə yetirərkən fiziki şiddətə məruz qalan "Mtavari Arxi" telekanalının jurnalisti Ceyhun Məhəmmədəli (Narzalov) Marneuli polis bölməsinə çağırılıb. Trtajans.az xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına jurnalistin özü məlumat verib.

C. Məhəmmədəli qeyd edib ki, ona qarşı törədilən fiziki şiddətdən 6 ay keçməsinə baxmayaraq bu günədək o zərəçəkmiş kimi hesab olunmayıb: "Təəssüflər olsun ki, mənə qarşı edilən fiziki şiddətdən altı ay keçib hələ də məni zərərçəkmiş kimi tanımayıblar. Vəkilim və mənim bu müddət ərzində əsas tələbimiz elə bu idi ki, mənim fiziki şiddətə məruz qaldığım tanınsın və hüquqlarım qorunsun. Ötən gün mənə müstəntiq zəng etdi və Marneuli polis bölməsinə gəlməyimi bildirdi və o mənə qeyd etdi ki, aparılan istintaq işləri nəticəsində mən zərərçəkmiş şəxs olaraq təyin edilmişəm. Bundan sonra proseslər necə davam edəcək və hüquqlarım necə qorunacaq onu yəqin ki, qarşıdakı günlərdə görəcəyik", - deyə C. Məhəmmədəli bildirib. O vəzifəsini yerinə yetirərkən ona qarşı fiziki şiddət göstərən şəxs və ya şəxslərdən hələ saxlanılan olmadığını bildirib. Xatırladaq ki, ötən ilin 29 sentyabr tarixində, Marneulidə baş vermiş insidenti işıqlandırmaq üçün, xidməti vəzifəsini yerinə yetirən jurnalist Ceyhun Məhəmmədəli, şəxs və ya şəxslər tərəfindən fiziki şiddətə məruz qalmışdı.

Türkiyədə arı koloniyalarından uzaqda və dəniz səviyyəsindən 2500 metr yüksəklikdəki mağaralardan çıxarılan kantaron balı kilosu

Daha cox oxu...
»

40% Endirimli

Qalereya