TRTAJANS - TBMM-də Xocalı qətliamının anım mərasimi və sərgi keçirilib

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasıanın Türkiyədəki səfirliyi tərəfindən Türkiyə

Böyük Millət Məclisində (TBMM) Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar fevralın 25-də anım mərasimi keçirilib - Ermənistanın işğalçılıq siyasətinin dəhşətlərini əks etdirən foto və rəsm sərgisi olub. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən tədbirdə diplomatlar, Azərbaycanı və Türkiyəni təmsil edən deputatlar, KİV təmsilçiləri iştirak ediblər. 29 il əvvəl Xocalıda tarixin ən dəhşətli bəşəri cinayətlərindən birinin törədildiyini diqqətə çatdıran Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop diqqətə çatdırıb ki, bu gün həmin acı hadisədə həyatını itirən insanların xatirəsini bir daha yad etmək üçün toplaşmışıq. Azərbaycan Ordusu ötən il 44 günlük müharibədə böyük zəfər qazanaraq ağır yaralara məlhəm çəkdiyini ifadə edən Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib ki, 44 gün ərzində Azərbaycan Ordusu müharibəni beynəlxalq hüququn normalarına uyğun şəkildə apararaq, böyük qəhrəmanlıq göstərərək Qələbə qazandı və yüksək qabiliyyətli, peşəkar ordu olduğunu bütün dünyaya nümayiş etdirdi.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da ədalətli işində qardaş Azərbaycanın yanında olacaq. Çıxışında Xocalı soyqırımının dəhşətlərini öz gözləri ilə görən xarici jurnalistlərin ifadələrinə, eləcə də təcavüzkar Ermənistanın hərbi komandanlarının bu bəşəri cinayəti etiraf etmələri barədə faktlara müraciət edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop mərasim çərçivəsində mövzu ilə bağlı geniş müsahibə verib.
Azərbaycanın tarixi hərb Zəfərindən sonra belə bir anım mərasiminin keçirilməsini tarixi bir hadisə kimi dəyərləndirən səfir Xəzər İbrahim də diqqətə çatdırıb ki, qazanılan Qələbə həm də Türkiyənin zəfəridir. Çünki Türkiyə hər zaman, haqqın və ədalətin yanında olub. Heç təsadüfi deyil ki, bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyənin bayraqları yan-yanadır. Bu, “Bir millət, iki dövlət!” kəlamının və dövlətlərimizin qardaşlığının bütün dünyaya nümayişidir.
Sonra iştirakçılar parlamentdə sərgilənən Qazi Universitetinin tələbələrinin Xocalı soyqırımı mövzusunda çəkdikləri rəsmlərə, eləcə də təcavüzkar Ermənistanın otuz il işğalda saxladığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə yenilməz Azərbaycan Ordusunun azad etdiyi ərazilərin dəhşətli görüntülərini əks etdirən fotosərgiyə baxıblar.

 

Pin It
»

40% Endirimli

Qalereya