TRTAJANS - Nazir Anar Kərimov Türkiyədə rəsmi səfərdədir

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Nuri Ersoyun

ikitərəfli və heyətlərarası görüşü keçiriləcək.

Görüşdən sonra ilk dəfə iki ölkə arasında Azərbaycan-Türkiyə mədəniyyət əlaqələri üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasının protokolu imzalanacaq.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə 9 nəfərlik heyət 28 fevral-3 mart 2021-ci tarixlərində Ankara və İstanbulda ölkələrarası mədəni əlaqələrin inkişafı üzrə müxtəlif rəsmi görüşlər keçirəcək. Heyət iki ölkə arasında mədəniyyət, incəsənət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün araşdırmalar aparacaq.

Qeyd edək ki, Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il fevralın 11-də “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişi təsdiq edib. 

Bu barədə müvafiq qanun fevralın 11-də Türkiyənin “Resmi Gazete”sində dərc olunaraq qüvvəyə minib (https://www.resmigazete.gov.tr/eskiler/2021/02/20210211-1.htm).

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş” 2018-ci ilin 25 aprel tarixində Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası zamanı imzalanıb. Sənədi iki ölkənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Elmar Məmmədyarov imzalayıblar. 

Saziş Azərbaycan tərəfdən elə həmin il təsdiqlənib. Prezident İlham Əliyev 1 oktyabr 2018-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib (http://www.e-qanun.az/framework/40360).

trtajans.az

Pin It
»

40% Endirimli

Qalereya