TRTAJANS - Saakaşvilinin inşa etdirdiy simvollara yenə alıcı tapılmayıb...

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Paytaxt Tbilisi şəhərinin simvollarından biri sayılan "Rike Dokes"in özəlləşdirmə hərracı yenidən nəticəsiz başa çatıb.

Trtajans.az  Gürcüstan KİV-ə istinadən xəbər verir ki, üçüncü dəfə auksiona qoyulmuş kompleksin ilkin dəyəri 71,250 milyon lari olub. Xatırladaq ki, hökumət "Rike Dokes"in özəlləşdirmə auksionunu üçüncü dəfə 30 martda elan etmişdi. İlk hərrac isə 2020-ci ilin əvvəlində elan edilib, o zaman obyekt 95 milyon lari dəyərində hərraca qoyulub, lakin satış nəticəsiz qurtarıb.

Qeyd edək ki, Tbilisinin mərkəzi Rike parkında yerləşən qeyri-adi üsluba malik kompleks 570 nəfərlik konsert zalından ibarətdir. Obyekt Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə italyan memar Massimiliano Fuksasanın layihəsi əsasında 2012-ci ildə inşa olunub.

Pin It
»

40% Endirimli

Qalereya