TRTAJANS - Milli Məclisdə "Şuşa şəhəri haqqında” qanun qəbul edilib

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi parlamentdə müzakirə olunub.

Trtajans.az xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək kii,  qanun layihəsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi 15 maddədən ibarətdir.

Qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

Pin It
»

40% Endirimli

Qalereya