TRTAJANS - XOŞ GƏLDİN, ƏRDOĞAN, XOŞ GƏLDİN, PAŞAM!

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

 

Azərbaycanın Xalq şairi Vahid Əziz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı yazdığı şeiri "Təzadlar"a göndərib.

Həmin şeiri təqdim edirik:

Yurdum qələbənin barını dərdi,

Açdı yollarına qolunu Şuşam.

Bura da Turandan türk elləridi,

Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!

 

Dağ-dərə ətrini aldı doyunca,

Adını hər zaman tutarıq uca,

Qüdrətli əllərin uzanmayınca,

Sanardım yaralı, qanadsız quşam,

Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!

 

Millətin dayağı Ər doğulanlar,

Dünyaya gələndən coşub-yananlar,

Qələbə bayrağın ucaldan onlar,

Dünya örnək aldı son savaşımdan,

Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!

 

Canlı abidəsiz el içində siz,

Tanrı istəyiylə nər gücündəsiz,

Maşallah, bir boyda, bir biçimdəsiz,

"İlhamla əbədi" - dedin qardaşam!

Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!

Pin It
»

40% Endirimli

Qalereya