TRTAJANS - Gürcüstanda sürücülük vəsiqələrinin pulla verilməsi məsələsi qalmaqal yaradıb

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Gürcüstan KİV-in yazdığına görə, son günlər sosial şəbəkələrdə pul qarşılığında sürücülük vəsiqəsinin hazırlandığı barədə məlumatlar yayılıb. 

 Yayılmış məlumatlara görə, Gürcüstanda həmin sürücülük vəsiqəsinin qiymətinin 1200 laridir. Həmçinin, sürücülük vəsiqələrinin A,B,C,D,E kateqoriyalarının hazırlandığı və vəsiqənin 5 günə hazır olduğu da əlavə olunub.

Yerli KİV əməkdaşları məsələyə aydınlıq gətirmək üçün aidiyyəti qurumlara müraciət ediblər. Həmin qurumların səlahiyyətli şəxsləri isə yayılan məlumatların yalan olduğu, həqiqəti əks etdirmədiyini söyləyiblər.  Həmçinin həmin faktla bağlı artıq cinayət işinin də başlanıldığını bildiriblər.

trtajans

Pin It

Qalereya