TRTAJANS - ELMİ ŞURANIN ÜZVLƏRİ QONORAR ALIRMI?

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

 İnciməyin, məqaləmi sona qədər oxutmadan, başlıqdakı suala cavab verə bilməyəcəm ...

 COVİD-19 səbəbi ilə küçəyə çıxma qadağası başlanandan, video üsulu ilə konfranslar keçirməyə başladıq.

Həftə sonları mütəxəssis bir şəxsi dəvət edərək - səhiyyə, iqtisadiyyat, xarici siyasət və idman kimi mövzularda söhbətlərimiz oldu.

Keçən bazar  yenə  də çox vacib bir şəxsi - Türkiyə Cümhuriyyəti Dövlətinin, dünyanı əsirinə çevirmiş koronavirusla bağlı rəylərini  öyrəndiyi Elmi Şuranın  İdarə heyəti üzvlərindən Prof. Dr. Hörmətli Pınar Okyayı qonaq etdik.

 

 TİNGADER (Bütün İnternet Jurnalistliyi və Jurnalistlər Dərnəyi) və TYGD (Tərəfsiz Yerli Jurnalistlər Dərnəyi) tərəfindən ortaq təşkil edilmiş "Pandemiya Müzakirələri" üçün hazırladığımız ilkin xəbəri yayımlayıb  paylaşdığım zaman, telefonuma Şanlıurfa Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasının Baş həkiminin müavini, müəllim üzvü Xəlil Ferat Önceldən belə bir mesaj gəldi:

“Pınar müəllim universitetdən müəllimimdi. Mən, Adnan Menderes Tibb Fakültəsinin ilk məzunlarındanam. Çox yaxşı bir insan və müəllim idi. "

Konfrans günü cənab Öncelin bu sözlərinin şahidi olduq.

Soruşsanız niyə?

Türkiyə Cümhuriyyəti Dövlətinin koronavirüs siyasətinə rəhbərlik edən 50-dək müəllimdən biri dəvətimizi geri çevirə bilər ...

 "Səhiyyə naziri ilə oturub qalxırıq, Nazir bəy ağzımızdan çıxan sözlərimizə diqqətlə baxır, belə bir vəziyyətdə “yüksək reytinqli televiziya və ya qəzetdən başqa heç kimə açıqlama verməzdim" deyə bilərdi…

Əvvəlcədən kompleksli bir müəllim olmadığını bəlli etdi.

Bunun xaricində, proqramda danışması üçün seçdiyi kəlmələri və ifadəsi o qədər səmimi və inandırıcı səsləndi ki, dövlətin qəbul etdiyi və tətbiq etdiyi qərarlara, xüsusən də peyvənd və Covid-19 ilə əlaqədar şübhələri olanlara da inam verdi...

 O, "Xalq Sağlamlığı Mütəxəssisi" olaraq, xalqın sağlamlığı uğrunda apardığı mübarizəni xalqa izah etmək imkanı verdiyimizi söyləyərək, bizə də minnətdarlıq etməyi  yaddan çıxartmadı.

Beləliklə, konfrans zamanı müəllimimiz Pınarın təvazökar bir tərəfini də öyrəndik.

Əlbəttə, təxminən 1 saat yarım davam edən proqramımızda daha ətraflı izahatlar verdi.

Xalqın riayət etməli olduğu tədbirlərdən ...

Xalqın xoş olmasa da, amma yenə də uyğunlaşmaq məcburiyyətində qaldığı qərarlardan ...

Təbii ki, dünyanın bu mövzuda yaxşı bir imtahan verə bilmədiyindən də bəhs etdi…

Bir ildən çox dünyanı əsir edən koronovirusla mübarizədə komanda səviyyəsində iştirak edən Elmi Şuranın üzvlərinin, özlərini qurban vermələri qarşılığında, haqq alıb almadıqlarını bilmək üçün hörmətli Pınar Okyaydan soruşduq.

Məqaləmizi cənab Okyayın cavabı ilə tamamlayaq:

"Dövlətdən hər hansı bir ödəniş istəmədiyimiz kimi, tədbirlər üçün Ankaraya gediş-gəliş xərclərimizi də özümüz ödəyirik."

Təşəkkür edirəm Pınar müəllim, Allah razı olsun ...

Yaxşı ki, varsız, Türkiyənin səhhəti ilə bağlı qərar qəbuletməsində yaxşı ki, yer tutursunuz.

MÜSLÜM AKTÜRK

Jurnalist

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...