TRTAJANS - "AstraZeneca" vaksininin uşaqlar üzərindəki sınaqları dayandırıldı

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Oksford Universiteti əczaçılıq şirkəti "AstraZeneca" ilə inkişaf etdirdikləri yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndinin uşaqlarda sınaqlarını dayandırdı.

Universitetin mövzuya dair açıqlamasında bildirilib ki, pediatrik klinika testlərində heç bir təhlükəsizlik problemi olmasa da, yeni sınaqlardan əvvəl böyüklərdə bildirilən nadir hallarda aşkarlanan tromboz/trombositopeniya (qan laxtalanması) hallarının nəzərdən keçirilməsinə dair İngiltərə Əczaçılıq və Səhiyyə Məhsulları Tənzimləmə Təşkilatından (MHRA) əlavə məlumat gözlənilir.

Universitet fevral ayında verdiyi məlumatda 6 ilə 17 yaş arasındakı 300 könüllü ilə sınaq keçirəcəklərini elan etmişdi. 

Xatırladaq ki, MHRA İngiltərədə "Oxford-AstraZeneca" peyvəndi olan 18,1 milyon insandan 30-da qan laxtası yarandığını və onlardan 7-nin 24 mart tarixinə qədər öldüyünü bildirmiş, lakin hal-hazırda qan laxtalanması ilə vaksin arasında əlaqənin olduğuna dair heç bir sbut olmadığını açıqlamışdı.

Daha sonra isə Avropa Dərman Agentliyi "AstraZeneca" peyvəndi ilə qan laxtalanması arasında bir əlaqə olduğunu, ancaq səbəbinin hələ dəqiqləşdirilmədiyini bildirdi.

Bəzi Avropa ölkələri qan laxtalanmasına səbəb olduğu üçün vaksinin istifadəsini dayandırdı və ya yaşa görə məhdudlaşdırdı.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...