TRTAJANS - ‘‘QazVac’’ peyvəndi Türkiyәdә qablaşdırılacaq - 500 min dozası

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Qazaxıstanlı alimlәrin yeni növ koronavirus epidemiyasına qarşı hazırladığı vә ‘‘QazVac’’ olaraq adlandırılan peyvәnd Türkiyәdә qablaşdırılacaq.

Bu barәdә Qazaxıstan Baş nazirinin müavini Yeralı Tuqjanov jurnalistlәrә verdiyi bәyanatda bildirilib. O, ‘‘QazVac’’ peyvәndinin aprelin 21-dә beynәlxalq standartlara uyğun sınaqlarının tamamlanacağını ifadә edәrәk deyib: ‘‘Daha sonra Sәhiyyә Nazirliyi tәrәfindәn peyvәndin  bütün kliniki sınaqları qiymәtlәndirilәcәk vә sınaqlarla bağlı yekun hesabat yayımlanacaq’’.

‘‘QazVac’’ peyvәndinin ilkin mәrhәlәdә Türkiyәdә hazırlanması üçün müqavilә bağlandığını bildirәn Tuqjanov vurğulayıb ki, Qazaxıstanın koronavirusa qarşı hazırladığı peyvәndin 500 min dozasını Türkiyәdә istehsal etmәyi hәdәflәyirik. Peyvәnd istehsalında yerli mәhsullar istifadә edәcәyik. Türkiyәdә yalnız qablaşdırılacaq’’.

Qazaxıstanın Bioloji Təhlükəsizlik Tədqiqat İnstitutunun alimləri tərəfindən hazırlanan ‘‘QazVak’’ peyvəndin  insanın biseps əzələlərinə tәbiq olunduğu bildirilir.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...