
Səhiyyə
- Pazar, 23 Mayis 2021
- Jurnalist Yasemen MEMMEDLİ
Israil Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iyunun 1-dən etibarən
İsraildə demək olar ki, koronavirus səbəbindən tətbiq edilən bütün karantin məhdudiyyətləri ləğv ediləcək.
Trtajans.az xəbər verir ki, səhiyyə naziri Yuliy Edelşteyn "İsrail normal həyata qayıdır", - deyə bildirib. Nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, belə bir qərar xəstəliyə yoluxma səviyyəsinin aşağı olduğu üçün verilib.
Beləliklə, 1 iyundan etibarən artıq "yaşıl pasport" a ehtiyac qalmayacaq və bağlı məkanlarda, həm də açıq havada insanların sayını tənzimləyən "bənövşəyi standart" adlandırılan məhdudiyyətlər aradan qaldırılacaq.
Eyni zamanda, vətəndaşlar yenə də qapalı yerlərdə maska taxmağa, giriş və çıxışla bağlı məhdudiyyətlərə riayət etməyə davam edəcəklər.
Qeyd eək ki, həmçinin nazir vətəndaşları xəstəlik səviyyəsinin yüksək olduğu ölkələrə səyahət etməməyə çağırıb.
Əlaqədar məhsullar:
Top Videos
Populyar
- ən oxumaq