TRTAJANS - "Toy, yas və konsertlərin qarşısı alınmalıdır"

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

 

...Vəziyyət gərginləşib. Koronavirus meydan oxuyur və həkimlərin bütün tətbiqlərinə tabe olmaq istəmir. Bəs nə etməli? Təbii ki, qaydalara əməl edilməlidir. Azərbaycanda vəziyyət son günlər narahatlıq doğurmaya başlayıb. Amma nəzarətdən də çıxılası deyil.

Amma qonşu Gürcüstanda həyəcanlı xəbərlər var. "Əsas odur ki, böyük məclislər tam olaraq qadağan olunsun, bu istər yas məclisi, istər toy, istər şənlik, istərsə də konsert olsun, hamısının qarşısı alınmalıdır". Bu sözləri Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinq zamanı deyib. Onun sözlərinə görə, sərhədlərə nəzarəti də ciddiləşdirmək lazımdır: "Bundan başqa, sərhədə nəzarəti ciddiləşdirmək və otellərdə əlavə otaqları səfərbər etmək lazımdır. Bu gün Koordinasiya Şurası tərəfindən lazımlı sayda otel otağını səfərbər etmək üçün əlavə təlimatlar verildi", - deyə A. Qamqrelidze bildirib.

Beləliklə, yalnız bir yol qalıb: qaydalara ciddi əməl etməliyik.

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...