TRTAJANS - Koronavirusun yeni növü Avropanın daha bir neçə ölkəsində aşkarlandı

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiyaya uğramış yeni forması Niderlandda, Danimarkada və Avstraliyada da qeydə alınıb.

Xəbəri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən BBC yayıb.
İnfeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur.
Qeyd edilir ki, ÜST koronavirusun yeni növünün yaranması ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx əlaqədədir.
Bir neçə gün əvvəl Britaniya alimləri koronavirusun yeni, mutasiya etmiş variantını aşkarlayıblar. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Xenkok bildirib ki, bu, İngiltərənin cənub-şərq hissəsində xəstəliyin sürətli yayılması ilə bağlı ola bilər. Həmin vaxt ölkənin cənubunda yeni ştamla təxminən 1 000 yoluxma qeydə alınıb. Artıq Londonda infeksiyanın yayılması təhlükəsinin dördüncü (maksimal) səviyyəsi elan edilib. Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...