TRTAJANS - Koronavirusu məhv edən maska yaradıldı - qiyməti 1,49 avro

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Maskan sifariş etmək mümkündür

Fransanın “BioSerenity” şirkəti bildirib ki, bütün hava-damcı yolu ilə daxil olan virusları, o cümlədən COVID-19 -u məhv edən qoruyucu maska hazırlayıb.

  Bu barədə BFMTV telekanalı məlumat yayıb. 

Qeyd edilir ki, fərdi müdafiə vasitəsi dörd qatdan ibarətdir. Onlardan biri bakterisid və antivirus xüsusiyyətlərinə malikdir. Qeyd edilir ki, maska birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onu ən çox dörd saat taxmaq tövsiyə edilir.

Maska virusları bloklamağa və məhv etməyə malikdir. Şirkətdə həmçinin əlavə ediblər ki, maska özünü dezinfeksiya etməyə qadirdir və beləliklə ətraf mühitə düşmə zamanı da daha az təhlükəlidir.

Fərdi müdafiə vasitəsi Lill Universiteti Xəstəxanasının Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutu və Milli Elmi Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə əməkdaşlıq şəraitində hazırlanıb. Onun qiyməti 1,49 avrodur. Şirkətdən verilən məlumata görə, maskanı 16 fevraldan etibarən sifariş etmək mümkündür.

Şirkətdən həm də  məhsulun "cərrahi versiyası" nın da 22 fevral tarixində sertifikatlaşdırılacağının gözlənildiyini, dəyərinin isə 0,44 avro olacağı da bildirilib.

Lille Universitetinin professoru Nikolas Blançemen qeyd edib ki, "Araşdırmalar virusun cəmi 5 dəqiqədə 99.9 %,  iki saat ərzində isə 99.96% azaldığını göstərib".

trtajans.az

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...