TRTAJANS - Bayden rəhbərliyi Fələstinə edilən yardımı yenidən aktivləşdirir

 Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

"The Hill" xəbər saytının Konqres mənbələrinə istinad  etdiyi  məlumata  görə,  Co Bayden rəhbərliyi Donald Tramp dövründə dayandırılmış yardımı yenidən aktivləşdirir.

Bu çərçivədə Bayden rəhbərliyi Fələstinə 125 milyon dollarlıq yardımın  göndəriləcəyinə  dair Konqresə  məlumat  verib.  Qeyd  edilir ki,  sözügedən yardımın  bir  hissəsi  2020-ci il büdcəsinə daxil edilsə  də, Tramp administrasiyası tərəfindən dayandırılmışdı.  Veriləcək yardımın 75 milyon dolları İordan çayının  qərb  sahili və Qəzzadakı iqtisadi vəziyyəti yaxşılaşdırmaq, əsas humanitar ehtiyacları təmin  etmək, 40 milyon dolları Fələstindəki təhlükəsizlik əməkdaşlıq proqramına, 10 milyon dolları isə Fələstin və İsrail xalqları arasında mütabiq qalınan sahələrdə  xərclənəcək. 

Xatırladaq ki, Bayden rəhbərliyi İsrail ilə Fələstin arasında iki dövlətli həll yolundakı səylərini artıracaqlarını və Trampın rəhbərliyi dövründə  dayandırılan  yardımların yenidən  çatdırılacağını bildirib. 

Pin It
»

40% Endirimli

Qalereya