TRTAJANS - Xuçuşvili Qırmızı Körpüdə sərhədlərin açılmasından danışıb

 Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

"Quru sərhədlərin açılması iqtisadiyyatın sürətləndirilməsi üçün həyati bir təkan olacaqdır"

Trtajans.az Gürcustan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Maliyyə naziri Laşa Xuçişvili, Gürcüstan- Azərbaycanın sərhədində yerləşən Qırmızı Körpü Keçid Məntəqəsini ziyarət edərkən deyib. Onun sözlərinə görə, qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak etmək sərhədləri açmağa imkan verəcək: "Bu gün, hava sərhədləri ilə birgə quru sərhədləri də açmağa imkan verəcək tövsiyyələrə ciddi şəkildə riayət etmək və peyvənd prosesində fəal şəkildə iştirak etmək çox vacibdir. Çünkü quru sərhədlərin açılması iqtisadiyyatın sürətləndirilməsi üçün həyati bir təkan olacaqdır",-deyə Xuçişvili bildirib.

Pin It
»

40% Endirimli

Qalereya