TRTAJANS - Rusiya Gürcüstana 150 milyon kubmetr təbii qaz nəql edəcək

 Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

SOCAR və “Qazprom Eksport” şirkətləri arasında tranzitlə bağlı bir aylıq razılaşma imzalanıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom Eksport” şirkəti arasında imzalanmış sazişə əsasən, Azərbaycan ərazisindən Gürcüstana tranzit nəql ediləcək Rusiya təbii qazının ümumi həcmi 150 milyon kubmetr təşkil edəcək.

Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, SOCAR və “Qazprom Eksport” şirkətləri arasında Gürcüstana Rusiya qazının tranziti ilə bağlı bir aylıq razılaşma imzalanıb: “Həmin razlışamya əsasən, 150 milyon kubmetr qazın Azərbaycan üzərindən Gürcüstana ötürülməsi nəzərdə tutulur",-deyə Əhmədov bildirib.

Pin It
»

40% Endirimli

Qalereya