TRTAJANS - "Sahibkarlar Ağdam Sənaye Parkı ilə bağlı artıq müraciət edirlər"

 Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

 

“Ağdam şəhərinin Baş Planından da göründüyü kimi, dövlət tərəfindən həyata keçiriləcək bir çox layihələr var”.

Bunu müsahibəsində Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, eyni zamanda özəl sektorun iştirakı da nəzərdə tutulub:

“Özəl sektorun iştirakı aydın məsələdir ki, təkcə dövlət sifarişi olan layihələrdə deyil, həm də ixracyönümlü sənaye müəssisələrinin yaradılması üçün nəzərdə tutulan sənaye parkında fəaliyyəti gözlənilir. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi artıq müəyyən müraciətləri qəbul edib”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 28-də "Ağdam Sənaye Parkının yaradılması haqqında" fərman imzalayıb.

Məlumatda deyilir ki, işğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.

Müəyyən edilib ki, Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Pin It
»

40% Endirimli

Qalereya