TRTAJANS - Neftin qiymətində böyük sıçrayış gözlənilir - PROQNOZ

 Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

ABŞ bankları – “JPMorgan Chase & Co.” və “Goldman Sachs” neftin qiymətinin bir barel üçün 100 ABŞ dollara yüksələcəyini proqnozlaşdırır.

İqtisadçılar pandemiyanın təsirlərinin azalması ilə xammal bazarında yeni “supertsikl”in başlayacağını düşünürlər.

“Önümüzdəki illərdə əvvəlcə neftə ehtiyacımız çoxalacaq və təklif tələbi ödəməyəcək. Amma sonra neftə heç ehtiyacımız da olmayacaq. Bu dövrdə neftin bir barrelinin 100 ABŞ dollar və ya daha çox olacağını görə bilirik”, - “JPMorgan”ın neft-qaz sektorunun başçısı Kristian Malek deyib.

“Financial Times” yazır ki, xammalın qiyməti son dəfə 2014-cü ildə belə həddə çatıb. Bu cür böyümənin ilkin şərtləri neftə tələbatı dəstəkləyəcək büdcə stimulları olacaq. Tələb və təklif arasındakı fərq qiymətlərin sürətlə artmasına səbəb olacaq və yeni “supertsikl”in yaranmasına xidmət edəcək. Bu da neft bazarının tamamilə çevrilməsi və COVID-19 pandemiyasından qurtulması demək olacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 65,09 dollar/barel (+1,17%), WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 61,72 dollar/barel (+0,95%) təşkil edib.

 

 

angi.ru

Pin It
»

40% Endirimli

Qalereya