TRTAJANS - Ermənistanda aksiyaçılar iki universitetə daxil ola biliblər - video

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Onlar məqsədlərinə çatdıqlarını bildiriblər

 Yerevandakı etiraz aksiyasının iştirakçıları Ermənistan Dövlət İqtisad Universitetinə çatıblar. Polis etirazçıların qarçısını kəsərək binanın girişini bağlayıb.

Erməni KİV-nin yaydığı məlumata görə, fəallardan biri metal hasarın üstünə dırmaşmağı bacarıb. Bir neçə dəqiqə sonra isə kimsə qapını açıb və etirazçılar kütləvi şəkildə binaya daxil olublar.

Qeyd edək ki, ilk mərkəzləşdirilməmiş etiraz aksiyası əvvəlcə İrəvan Dövlət Universitetindən başlayıb, burada müxalifət tərəfdarları binanın mərtəbələrini gəzərək, müəllim və tələbələri vətəndaş itaətsizliyi hərəkatına qoşulmağa çağırıblar. Hadisələr İqtisad Universitetində də eyni ssenari üzrə baş verib.

Bu nöqtədə aksiya bitib. Fəallar ən azı iki universiteti “götürməyi” bacardıqlarını və bütün hərəkətlərinin qanuni olduğunu vurğulayıblar. Müxalifət tərəfdarları sonrakı tədbirlər barədə məlumat verəcəklərini də vəd ediblər. Bundan əlavə, aksiyaçılar bu dəfə polislərin onlara qarşı  "statuslarına biraz daha yaraşan" şəkildə davrandıqlarını da qeyd ediblər.

 Cümə axşamı Ermənistanın Baş nazir Nikol Paşinyan və bütün hökumətin istefası tələbi ilə bütün ölkədə motor mitinqləri keçiriləcəyi də söylənilib.

trtajans.az

Pin It
»

40% Endirimli

Qalereya