TRTAJANS - Gürcüstan iqtidarında daha bir istefa - cəmi 20 gün rəhbərlik etdi

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Kaxaber Kemoklidze  də Giorgi Qaxariyadan sonra istefa verib. 

O, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Tam onillik aktiv, son dərəcə dinamik və çətin bir xidmətdən sonra bir dövlət məmuru və keçmiş təhlükəsizlik zabiti olaraq sizinlə vidalaşmalıyam”. Kemoklidze  keçmiş baş nazirə ona bu fürsəti verdiyi üçün xüsusi təşəkkürünü də bildirib.

Xatırladaq ki, Kaxaber Kemoklidze 4 Fevral tarixində Giorgi Qaxariya tərəfindən Hökümət Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilmişdi.

O, Hökümət Administrasiyasına gəlməzdən əvvəl Milli Təhlükəsizlik Şurasına rəhbərlik edib. Daha əvvəl isə Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizliyi Xidmətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Pin It
»

40% Endirimli

Qalereya