TRTAJANS - Əl-Cəzirə Media Şəbəkəsi azərbaycanlı jurnalistlərə təlim keçir

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyyəti 2 gündür Bakıdadır.

Onların Bakıya bu dəfəki səfəri Azərbaycan media mənsubları üçün olduqca yerinə düşüb. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev «Təzadlar»a bunları bildirdi:

-Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami al-Hajj rəhbərlik edir. Səfər cərcivəsidə Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən bir qrup azərbaycan media mənsublarına Konflikt Jurnalistikası ilə baglı təlimlər kecmək, işgaldan azad olunmuş rayonlar səfər etmək, eləcə də ölkəmiz haqqinda muxtəlif mövzularda reportajların hazırlanması nəzərdə tutulur. Hazırda iki gündür ki,

Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə ADA universitetində 20-yə yaxın jurnalistə təlimlər keçirilir. İlkin təəssürat budur ki, jurnalistlərimiz təlimciləri böyük maraqla dinləyirlər və təlimcilər də auditoriyadan cox razıdırlar. Hec şübhəsiz ki belə layihələrin həyata keçirilməsinin mediamızın inkişafı ücün böyük faydası vardır.

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya