TRTAJANS - RUSİYALI SÜLHMƏRAMLILARA ETİMADSIZLIQ VƏ…

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

 

 

Qarabağda tökülən qanlara görə kim məsuliyyət daşıyır?

…Qarabağda baş verən dünənki hadisənin hələ mürəkkəbi qurumamış Ermənistan siyasiləri yeni iddialarda bulunmaqdadır. Deməli, onları arxayın edənlər var. Bu azmış kimi, rəsmi Kremlin rəhbərliyi adından rəsmi məlumatlar yayılır ki, Rusiya Qarabağda yenidən müharibənin başlayanacağından narahatdır.

Pardon!!! Rusiya narahatdır? Nədən? Yüz illərdir himayə etdiyi, qanadının altında saxladığı, qucağında bəslədiyi ermənilərin xasiyyət və xarakterini, nəyə qadirliyini bilmir ki?!

 Rusiya Qarabağda yenidən qan tökülməsindən, yəni müharibənin başlamasından narahatdırsa, onda onun «Sülhməramlı…» adlı kontingenti Azərbaycan ərazisində nə gəzir??? Əgər özünü dünyaya sülhməramlı kimi təqdim edirsənsə, gəlmisən, sülh yarat. Sülh yarada bilmirsənsə, çıx get, Azərbaycan bilər Aşot ilə nə etməlidir! Yoxsa, 1900 hərbiçinin Qarabağda keşik çəkəcəyini deyib, indi minlərlə hərbçini Qarabağda yerləşdirməyin adı nədir?! Dünya kar və kor deyil…

***

Qısası, Rusiya sülhməramlılarının Qarabağda sülhdən başqa məşğul olduğu bütün işlərdən hamının xəbəri var. Niyyətindən də. Ona görə də Azərbaycan xalqı bu sülhməramlı adlı kontingentin ölkədən çıxarılmasını tələb etməkdə haqlıdır.

 Artıq ölkənin siyasi elitası da dünənki atışmada şəhid olan 7 hərbçimizin qanının Rusiya rəsmilərinin boynunda qaldığını bəyan etməkdədir. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasından «Təzadlar»a göndərilən bəyanatda da bu niyyət və tələb vurğulanır: «Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verənlər nəticəsində ölən və yaralananlar var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik. Vətəndaş Həmrəyliyi Partiyası Qarabağda və dövlət sərhəddində baş verən təxribatları qətiyyətlə pisləyir, bölgədə sabitlilin, sülhün pozulmasına yönələn addımların qarşısının almasını tələb edir. Azərbaycan 10 noyabr bəyanatının prinsiplərinə sadiqdir və bəyanatın digər müəllifləri də imzalarına hörmət göstərməlidir. Tərəflər arasında atəşkəsin təminatçısı olan Rusiyanın passivliyi, “sülhməramlı” adı altında rus hərbçilərinin missiyasını yerinə yetirməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurur. Azərbaycanın Zəfər Savaşından keçən bir il ərzində rus hərbçilərinin nəzarəti altında olan ərazilərdə erməni yaraqlılarının zərərsizləşdirilməsi müşahidə olunmur, əksinə Azərbaycan Respublikasının ərazisində hərbi, siyasi və ideoloji təxribatlar haqda məlumatlar gəlir və buna qarşı heç bir diplomatik və hərbi müqavimət yoxdur. Rusiya son illərdə himayəsinə götürdüyü və özünün Qafqazdakı forpostuna çevirdiyi Ermənistanı, erməni separatçılarını cilovlamağı bacarmırsa, Azərbaycan ordusu bunun yolunu və üsulunu bilir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ictimaiyyətini düşmənə qarşı milli iradənin ortaya qoyulmasını çağırır. Biz belə hesab edirik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirərək yaxın müddətdə Qarabağda yerləşən silahlı erməniləri zərərsizləşdirməyəcəyi təqdirdə bölgəni tərk etməlidir».

Qısa və konkret, heç bir şərh tələb etməyən bəyanat!

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya