TRTAJANS - ABŞ Rusiyadan təhlükəsizlik zəmanəti təkliflərinə cavab alıb

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

ABŞ Rusiya hakimiyyətindən təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab alıb.

Bu barədə CNN ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. ABŞ rəsmilərindən biri deyib: “Biz Rusiyadan yazılı təsdiq aldığımızı təsdiqləyə bilərik”. Bundan əvvəl ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bildirib ki, Vaşinqton Rusiya hakimiyyətinin ABŞ-ın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə yazılı cavabına reaksiyasını gözləyir:
“ABŞ Rusiya ilə təhlükəsizlik məsələlərində dialoqa tam sadiqdir, müttəfiqləri və tərəfdaşları, o cümlədən Ukrayna ilə məsləhətləşmələri davam etdirəcək”, - Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Birləşmiş Ştatlar Rusiyanın təhlükəsizlik zəmanətlərinə cavabını ictimai məkanda müzakirə etməyi səmərəsiz sayır, seçimi rəsmi Moskvaya buraxır.

Pin It
»

40% Endirimli

Qalereya