TRTAJANS - Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edildi

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası az əvvəl ölkənin bütün ərazisində,

- Donetsk və Luqansk vilayətlərini çıxmaqla, - fövqəladə vəziyyət rejiminin elan edilməsini qərara alıb. Bu barədə Şuranın rəhbəri Aleksey Danilov bəyan edib.

O, qeyd edib ki, Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət rejimi 2014-cü ildən tətbiq olunub.

“Fövqəladə vəziyyət rejimi bizim həyatımıza heç bir radikal təsir göstərməyəcək, situasiya maksimal korrekt şəkildə nizamlanacaq”, - o deyib.

 

Daha əvvəl isə prezident Volodimir Zelenski Ukraynada hərbi səfərbərlik elan edib, ordunun operativ ehtiyatında olan hərbi qulluqçuların orduya çağırılması prosesini başladıb.

Ukraynanın Dövlət Sərhəd Xidməti isə ölkənin Belarusla həmsərhəd rayonlarına xüsusi buraxılış rejimi tətbiq edib. Bu, sərhədin həmin istiqamətində vəziyyətin gərginləşməsi və Rusiya ordusunun Belarus ərazisindən gözlənilən hücumu ilə bağlıdır.

Pin It
»

40% Endirimli

Qalereya