TRTAJANS - Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşulub

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

...Gürcüstan da vaxtilə NATO-ya üzv olmaq və Avropaya inteqrasiya yolu tutmaq istəmişdi...

Amma sonradan Rusiyanın işğalı ilə üz-üzə qaldı, hələ də bu işğalın altını çəkir. Daha doğrus, Ukraynanın indi yaşadıqlarının bir az fərqli formasını o vaxt yaşamalı olmuşdu. Ona görə də Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyatlara görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub. Tezadlar.az xəbər verir ki, bu barədə “CNN” telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bəyan edib. Sitat: “Biz Rusiyaya qarşı bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”.

Xatırladırıq ki, uzun illərdir Gürcüstan Saakaşvilinin prezidentliyi dönəmində məhz Avropa arzularına görə Rusiyanın hərbi həmləsinə məruz qalaraq  Cənubi Osetiya və Abxaziya kimi iki tanınmamış "respublika"ya parçalanmışdı. Necə ki, Azərbaycan da 1991-ci ildə müstəqillik Aktını qəbul edəndən sonra Rusiyanın gözü qarşısında və hərbi texnikasının gücü ilə erməni separatçıları Qarabağı işğal edərək qondarma "DQR" adlı "respublika" yaratmışdılar. Amma 2020-də həmin qondarma qurum Ordumuzun sayəsində görbagor oldu və tarixin arxivinə verildi.

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya