TRTAJANS - Nikol Paşinyanı Gorus və Qafana buraxmadılar

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin etirazı səbəbindən Sünik vilayətinə səfərini yarıda dayandırmağa məcbur olub.

Belə ki, bu gün hökumət başçısının bölgənin Gorus və Qafan şəhərlərinə getməsi planlaşdırılırdı. Lakin N.Paşinyan həmin şəhərlərə gedə bilməyəcəyini bildirib. Hökumət başçısı vurğulayıb ki, adıçəkilən şəhərlərə gedən yol sakinlər tərəfindən bağlandığına görə səfər baş tutmayıb. N.Paşinyan hazırda Sisiandadır. Qeyd edək ki, məlumata görə, o, vilayətin Sisian şəhərinə helikopterdə gedib. Xatırladaq ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.

Pin It
»

40% Endirimli

Qalereya