TRTAJANS - ABŞ-dan Türkiyəyə Pakistanla bağlı qadağa...

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

"Bu məsələdə uduzan ABŞ olacaq”

ABŞ Türkiyənin 30 ATAK zərbə helikopterinin Pakistana tədarükünün qarşısını alıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Bloomberg”ə müsahibəsində Rusiya istehsalı olan “S-400” raketi ilə bağlı ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyasından danışarkən bildirib.

Onun sözlərinə görə, bu tenderi, çox güman, Çin əldə edəcək:

“ABŞ Pakistana satmaq üçün planlaşdırılan döyüş helikopterinin tədarükünün qarşısını alıb. Bu, tenderi Çinin əldə etməsi ilə nəticələnəcək. Ancaq bu məsələdə uduzan ABŞ olacaq”.

Türkiyə Müdafiə Sənayesinin Mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib ki, 2018-ci ilin iyulunda 30 ATAK helikopterin tədarükü ilə bağlı Pakistanla Türkiyə arasında müqavilə imzalanıb. Bu Türkiyənin müdafiə məhsullarının eyni vaxtda tədarükü ilə bağlı imzalanan ilk irihəcmli müqavilə olub. Müqavilənin ümumi məbləği 1,5 milyard ABŞ dollarıdır. ABŞ həmin helikopterdə istifadə olunan mühərriyə lisenziyanı verməkdən imtina edib. Bu səbəbdən Türkiyə helikopter üçün öz mühərriyini hazırlayır.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...