TRTAJANS - Avstriyanın məşhur şirkəti Gürcüstanın Qara dəniz şelfində neft və qaz kəşfiyyatı aparacaq

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

Gürcüstan və Avstriyanın neft və qaz şirkəti "OMV Petrom S.A" şelfdəki neft və qaz kəşfiyyatı və istehsalı üçün 25 illik müqavilə

imzalayıblar . Şərqi Avropanın ən böyük neft şirkəti olan "OMV Petrom S.A", Gürcüstanın Qara dəniz şelfində neft və qaz kəşfiyyatını və çıxarılması işlərini həyata keçirəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Məlumata əsasən, bu gün tərəflər arasında 25 illik razılaşma müqaviləsi imzalanıb. Müqaviləni Gürcüstan İqtisadiyyat Nazirliyinin Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Qeorqiy Tatişvili, OMV Petrom SA-nın kommersiya direktoru Xose Rafael Duque-Ramires və şirkətin Biznesin Qiymətləndirmə və Tədqiqat direktoru Bernhard Krayn imzalayıblar.

Müqavilə əsasında, "OMV Petrom S.A" şirkəti 25 il ərzində 5282 km 2 sahəni əhatə edən Qara dənizin Kontinental Şelfində neft və qaz əldə etmək üçün geoloji və geofiziki məlumatların çıxarılması, əldə edilməsi və işlənməsini həyata keçirəcək. Nazirliyin məlumatına əsasən şirkət qazma işlərinin başlanmasından öncə 2-D və 3-D seysmik kəşfiyyat işləri aparacaq.

Qeyd edək ki, şirkət artıq neft yataqları tapmaqla bağlı uğurlu təcrübəyə malikdir. Onlar Rumıniya sahillərində, resurs dəyəri 1,5 milyard dollar olduğu təxmin edilən neft yatağı kəşf ediblər.

Gürcüstan Neft və Qaz Agentliyinin məlumatına görə, Gürcüstan ərazisində neft kəşfiyyatı və hasilatı lisenziyalı ərazilərdə aparılır. Ölkədə neft hasilatı ilə altı yatırımçı şirkət məşğuldur. Digər yeddi şirkət axtarış işləri aparır. Son on ildə orta illik istehsal 43,6 min ton təçkil edir.

Trtajans.az

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...