TRTAJANS - İndoneziyanın ən aktiv vulkanı püskürdü

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

İndoneziyanın ən aktiv vulkanı olan Merapidən partlayış nəticəsində püskürən kül və tüstünün 1300 metrə qalxdığı bildirilib.

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanında püskürmə baş verib.

Geoloji Fəlakət Texnologiyaları və Araşdırma Mərkəzi (BPPTKG) tərəfindən yayılan məlumatda, partlayış nəticəsində vulkandan püskürən kül və tüstünün 1300 metrə qalxdığı bildirilib.

BPPTKG səlahiyyətliləri "narıncı" həyəcan səviyyəsi elan olunduğunu və son zamanlarda aktivliyini artıran vulkanın ətrafında 5 kilometrə qədər hərəkət olmaması barədə xəbərdarlığı təkrarlayıblar.

Qeyd edək ki, adı “Odlu dağ” kimi tərcümə olunan Merapinin hündürlüyü 2 968 metrə çatır və o, İndoneziyanın ən fəal vulkanı hesab edilir. 2016-cı ildə vulkanın püskürməsi zamanı 347 nəfər ölüb, 60 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...