
Elm & Texnologiya
- Cuma, 14 Mayis 2021
- Jurnalist Yasemen MEMMEDLİ
Mayın 12-də axşam saatlarında Yer kürəsini əhatə edən maqnit qasırğası qeydə alınıb.
“RİA Novosti”nin yaydığı məlumata görə, Rusiya Elmlər Akademiyası Fizika İnstitutundan bu barədə verilən açıqlamaya əsasən, bu, 2019-cu ildən bu yana ən güclü maqnit qasırğasıdır.
Qeyd olunub ki, maqnit sahəsinin dalğaları 9 maqnitudalıq cədvəl üzrə 7 maqnitudaya çatıb. Bu da enerji və rabitə sistemlərində ciddi nasazlıqlar yaranması üçün kifayətdir.
Həmin vaxt Günəşdə gözlənilən hər hansı prosesin baş vermədiyi bildirilib.
Hazırda Günəşdəki partlayışın intensivliyi aşağı səviyyədədir.
Əlaqədar məhsullar:
Top Videos
Populyar
- ən oxumaq