TRTAJANS - Azərbaycanın 8 güləşçisindən 7-si medal qazandı - Avropa çempionatında

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Trtajans.az xəbər verir ki, Qitə birinciliyinə 8 güləşçi ilə yollanan Azərbaycan millisinin 7 üzvü fəxri kürsüyə qalxıb. Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komandamız medal rekordunu yeniləyib. Belə ki, 2015-ci ildən keçirilən analoji turnirdə sərbəst güləş millimiz heç vaxt bu qədər medal qazanmamışdı. 

Xatırladaq ki, Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb. Yekunda yığmamız 140 xal toplayıb və Avropa 3-cüsü olub. Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...