Xəbərlərin Faktiki Ünvanı

İdman

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksəlib. 34 yaşlı şahmatçı yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.  İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Rəcəbov ikinci matçını bu gün keçirib. Qrossmeysterimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb. Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq. Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq.

Qeyd edək ki, yarımfinalda uduzan Dubovla Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar. 

 

»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
Türkiyənin ilk yerli silahlı pilotsuz uçuş ...
ABŞ-da yerləşən FireEye kiber təhlükəsizlik ...