TRTAJANS - “Qalatasaray” “Fənərbaxça”ya qalib gəlib liderliyə yüksəldi

 Xəbərlərin Faktiki Ünvanı 

İdman



Türkiyə Super Liqasında XXIV tura start verilib. Trtajans.az-In məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Son çempion “Başakşəhər” öz meydanında “Fatih Karagümrük”ə məğlub olub.

Turun mərkəzi oyunu “Ülkər” stadionunda keçirilib. Əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” derbidə üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. “Qalatasaray” yeni transferi Mustafa Məhəmməd Abdullahın yeganə topu sayəsində qalib gələrək, xalları bərabərləşdirib və turnir cədvəlində liderliyi ələ keçirib.

Bununla “sarı-lacivərdlilər”in 10 oyunluq məğlubiyyətsizlik seriyasına (9 qələbə, 1 heç-heçə) son qoyan “sarı-qırmızılılar” ardıcıl 4-cü qalibiyyətinə sevinib. Eyni zamanda “Fənər” artıq 8 matçdır ki, əzəli rəqibini üstələyə bilmir. “Kanarya” “cim-bom”a arıxıncı dəfə 4 il əvvəl – 2017-ci ildə qalib gələ bilib.

Qeyd edək ki, turun digər oyunları 7-8 fevralda keçiriləcək.

Türkiyə Super Liqası
XXIV tur
6 fevral
“Kasımpaşa” – “Hatayspor” – 1:4

Tyelin, 56 – Bupendza, 44, Aabid, 72, Abdurrahman Canlı, 84, Kamara, 90
“Alanyaspor” – “Rizəspor” – 2:1
Bareyro, 32 (pen.), Mustafa Pektemek, 90+5 – Talbi, 25
“Başakşəhər” – “Fatih Karagümrük” – 0:1
Cimmi Durmaz, 52
“Fənərbaxça” – “Qalatasaray” – 0:1

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...