TRTAJANS - Teymur Rəcəbov “Champions Chess Tour”da 1-ci, Levon Aronyon 3-cü yerdə qərarlaşıb

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

“Opera Euro Rapid” turnirindən sonra “Champions Chess Tour”un ümumi sıralaması açıqlanıb.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 19 şahmatçının yer aldığı siyahıya başçılıq edir.

Təmsilçimiz arxada qalan turnirlərdən sonra həm topladığı xallara, həm də qazandığı mükafatın məbləğinə görə 1-ci yerdə qərarlaşıb. Teymurun aktivində 91 xal var.

ABŞ şahmatçısı Uesli So 62, ermənistanlı Levon Aronyan 60 xalla ilk “üçlük”də qərarlaşıb. Dünya çempionu norveçli Maqnus Karlsen yalnız 4-cüdür – 50 xal.

Teymur tur çərçivəsində 65 min dollar qazanc əldə edib. Aronyanın mükafatları 45, Sonun isə 40 minə bərabər olub.

Qeyd edək ki, tur çərçivəsində üç turnir keçirilib.

 

 

 

 

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...