TRTAJANS - TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARI SÖNDÜRÜLÜR - ŞAHİN DƏ SONADƏK YARDIM ETDİ (VİDEO)

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Artıq 3 gündür ki, Türkiyədə meşə yanğınları davam edir.Yamyaşıl meşələr alova qərq olub.

Türkiyə KİV-nin məlumatına görə, bu günlər ərzində baş vermiş 71 meşə yanğınının 57-si artıq nəzarət altına alınıb. Yanğınla münbarizə isə gecə-gündüz davam edir.

Azərbaycan da qardaş Türkiyəyə meşə yanğınları ilə mübarizədə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazırdır. Nazirlər Kabinetinin məlumatına görə, bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.

***

Türkiyədə baş alıb gedən meşə yanğınlarının söndürülməsinə könüllülər, yerli sakinlər də səfərbər olublar. Yerli KİV-in məlumatına görə, onlardan biri isə 25 yaşlı Şahin Akdemir idi. Şahin Marmarisdə baş verən meşə yanğınlarında yanğınsöndürənlərə kömək edirdi. O, motosikletinin tuta bildiyi qədər su daşıyırdı yanğın ərazisinə.  Lakin çox təəssüf ki, bölgədən ayrılmaq istəyərkən qəzaya düşərək alovların arasında həlak olub Şahin Akdemir. Onun Marmarisdə turizm sektorunda işlədiyi öyrənilib. Şahin Akdemirdən son qalan isə bir gün əvvəl sosial şəbəkə səhifəsindəki paylaşımı olub. Şahin meşə yanğınlarını söndürmək üçün bacardığı qədər kömək etdiyini vurğulamışdı...

Meşə yanğınlarda  indiyədək 4 nəfərin həyatını itirdiyi, çoxlu sayda evin yararsız hala düşdüyü bildirilir.

Qeyd edək ki, Türkiyə meşə yanğınlarının baş verməsində terror izlərini də araşdırır. Artıq Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb. KİV-in məlumatına görə, onların Suriya əsilli iki qardaş olduğu bildirilir. Şübhəlilər hüquq-mühafizə orqanlarının ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birlikdə keçirdiyi əməliyyat zamanı saxlanılıblar. PKK üzvlərinin ölkədən qaçmaq planlarının olduğu müəyyənləşdirilib...

JASMİN

Pin It
»

40% Endirimli

Qalereya