TRTAJANS - Türkiyənin İrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Türkiyənin İrandakı səfiri Deria Orsi İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib. İranlı diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbuledilməz ifadələrinə görə Xarici İşlər Nazirliyinə çağırıldığını söyləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü, Tehranın bu cür açıqlamalara etiraz etdiyini və Türkiyə hökumətindən bununla bağlı bir izahat istədiyini söyləyib. Xarici İşlər Nazirliyinin Avrasiya üzrə Baş direktoru səfirlə görüşündə "torpaq iddiası edən və müharibə şəraitində olan imperiyaların dövrü çoxdan bitdiyini" qeyd edib. Xətibzadə, İran İslam Respublikasının heç kimin ərazi bütövlüyünə müdaxilə etməsinə icazə verməyəcəyini və ölkənin milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcəyini söyləyib. İran hökuməti Türkiyə prezidentini separatçı açıqlama verməkdə günahlandırıb.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Bakıdakı parad zamanı çıxışında, Araz çayı boyunca azərbaycanlıların yaşadığı torpaqların bölünməsindən kədərləndiyini ifadə edən bir xalq mahnısının sözlərini oxuyub.
Xatırladırıq mübahisə doğuran bu şeir parçası Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin uzun illər əvvəl yazdığı şeirindəndir, buna görə sayın Prezident Ərdoğan bu şeiri söyləməyə görə məsuliyyət daşımır. (Asif Merzili, Baku).

Pin It
»

40% Endirimli

Qalereya