TRTAJANS - Türkiyə Prezidenti də koronavirusa qarşı peyvənd olundu-FOTO

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub. Türkiyə mətbuatının xəbərinə görə, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq.
Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.

Pin It
»

40% Endirimli

Qalereya