TRTAJANS - Türkiyədən şəhid xəbəri gəldi

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb . Məlumatda qeyd edilib ki, hərbi əməliyyat zamanı Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, 4 hərbçisi isə yaralanıb.

Nazirliyin açıqlamasında bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı qarşıdurmada Türkiyə Ordusunun hərbi qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan həlak olub. Atışma zamanı 4 əsgər də yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Həmçinin hədəflərin hava hücumu ilə vurulduğu və terrorçuların mövqelərinə ciddi zərbələr endirildiyi də bildirilib.

trtajans.az

Pin It
»

40% Endirimli

Qalereya