TRTAJANS - “MOLLA NƏSRƏDDİN” JURNALI – 115

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Təkcə milli mətbuatımızın deyil, eləcə də Şərq, türk-islam mətbuatının ən öncül dərgilərindən olan “Molla Nəsrəddin”

yarandığı gündən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olub.

Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalının birinci sayı 1906-cı ilin elə bu günü – 7 apreldə Tiflisdə işıq üzü görüb.

“Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Tbilisidə “Qeyrət” mətbəəsində çap olunub.

Böyük ədibin yazdıqlarına görə, “jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı bir günün ərzində günortayadək Tiflis şəhərində satılmışdı”.

Azərbaycandilli həftəlik jurnalın 340 nömrəlik Tbilisi dövrü 1906-1918-ci illəri əhatə edir. Mətbu orqanın birinci nömrəsi “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı və üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdən oyatmağa çalışan Molla Nəsrəddinin təsviri yer alıb. İlk sayın bütün karikaturları alman rəssam Oskar Şmerlinqə məxsusdur. 

 

Pin It
»

40% Endirimli

Qalereya