TRTAJANS - Türkiyə istehsalı olan film ABŞ-da 5 mükafat aldı

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Rejissoru Müslim Şahin olan "Müəllim" filmi "American Golden Picture" Beynəlxalq Film Festivalında ən yaxşı film və ən yaxşı rejissor

daxil olmaqla 5 mükafata layiq görülüb.

Film 20-ci əsrin əvvəllərində Fransada mühəndislik təhsili aldıqdan sonra qayıtdığı Anadoluda öz dəyərləri ilə üzləşən bir kənd müəllimi Əli haqqındadır.

Filmin prodüseri Halit Arabacı iştirak etdikləri ilk beynəlxalq festivalda qazandıqları uğurlara görə çox xoşbəxt olduqlarını söyləyib.

Rejissor Müslim Şahin isə ""Müəllim" filmi Türkiyədə siyasəti, iqtisadiyyatı, mədəniyyət həyatımıza təsir edir və bundan əlavə insanların hadisələr qarşısında necə reaksiya verdiklərinə qədər quruluşdakı müxtəlif problemin qaynağı halına gələn qütbləşməni mövzu götürüb" deyib.

TRT ilə Mədəniyyət və Turizm Nazirliyinin ortaq əsəri olan "Müəllim" filmi Türkiyədə kinofilm, ABŞ-da rejissorluq üzrə təhsil alan Şahinin ilk uzunmetrajlı filmidir.

Pin It
»

40% Endirimli

Qalereya