TRTAJANS - "Türkdilli dövlətlər Azərbaycana əlindən gələn dəstəyi verəcək"

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.

Trtajans.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

“Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik” - deyə, o vurğulayıb.

Zəfər münasibəti ilə Azərbaycanı təbrik edən B. Amreyev bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə görə çox şaddırlar: “Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik. Türk Şurası 12 noyabrda İstanbulda mühüm toplantı keçirib, mühüm qərarlar qəbul edəcək. Türk dövlətlərinin bir sıra dövlətlərinin müstəqilliyinin 30 illiyi münasibəti ilə İstanbulda böyük konfrans keçiriləcək”. Amreyev əlavə edib ki, eyni zamanda, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

O, Qarabağ savaşı zamanı Azərbaycan və Türkiyə arasında media sahəsində ortaqlığını nümunə göstərib: “Hədəfimiz bu ortaqlığı üzv dövlətlər arasında da tətbiq etməkdir. Nursultan Nazarbayev ümumi türk kanalı qurmağı tövsiyə etdi. 18 avqust 2015-ci ildə Astanadakı ilk toplantımızda media sahəsində əməkdaşlıqla bağlı protokolu, rəsmi xəbər agentlikləri arasındakı əməkdaşlıqla bağlı sazişi və s. lazımi hüquqi protokolları qəbul etdik. 2021-2022-ci illərdə media sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı dünən keçirilən iclasda işlər müzakirə edilib. Video materialların hazırlanması ilə bağlı da razılıq əldə edilib. Bu üzv dövlətlər arasında əməkdaşlığa daha da töhfə verəcək”.

Pin It
»

40% Endirimli

Qalereya