TRTAJANS - Avronun ideoloqu vəfat edib

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

Avronun yaradılmasının ideoloqu, kanadalı iqtisadçı və Nobel mükafatı laureatı

Robert Mandell (Robert Alexander Mundell) 88 yaşında vəfat edib. 

Bloomberg agentliyinin məlumatına görə, Robert Mandellin fəxri professor vəzifəsində çalışdığı Kolumbiya Universitetinin iqtisadi tədqiqatlar proqramının direktor müavini Sofiya Conson bu informasiyanı təsdiqləyib.

Robert Mandell müddəalarından Avropa İttifaqının vahid valyuta sahəsini yaratmaq üçün istifadə olunan “optimal valyuta zonası” nəzəriyyəsinin qurucusudur. O, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Alim açıq bazarlar, azad ticarət və dövlətin iqtisadiyyatda məhdud iştirakı ideyasının tərəfdarı olub. ABŞ Prezidenti Ronald Reyqan özünün iqtisadi siyasətində onun ideyalarından geniş istifadə edib.

Robert Mandell karyerası boyunca BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına, habelə ABŞ, Kanada, Çin və Latın Amerikası hökumətlərinə məsləhətlər verib.

Trtajans.az xəbər verir ki, Robert Mandel 24 oktyabr 1932-ci ildə Kanadada Kinqston şəhərində anadan olub. . İtaliyanın "Adnkronos" agentliyinin məlumatına görə, o, İtaliyada dünyasını dəyişib. 

Qeyd edək ki, Robert Mandel "avronun atası" adlandırılırdı. 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...