TRTAJANS - Facebook istifadəçilərinin məlumatları haker hücumu ilə oğurlanmayıb

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

Facebook sosial şəbəkəsi bildirib ki, bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb onun sisteminə haker hücumu yox,

cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçidi alması olub. Bu barədə "facebook"un rəsmi saytında dərc edilmiş xəbərdə deyilir. "Anlamaq əhəmiyyətlidir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə etdilər", - açıqlamada deyilir. Qeyd edilir ki, sistemin məlumatların itkisinə səbəb olan çatışmazlıq aradan qaldırılıb.

Qeyd edək ki, bir neçə gün öncə facebook 533 milyon nəfərdən çox istifadəçisinin şəxsi məlumatları haker forumuna yerləşdirilib. Forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə, 106 ölkədən olan istifadəçilərin tam adları, yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb.

Trtajans.az xatırladır ki, “Facebook”da şəxsi məlumatlarını oğurlanıldığı istifadəçilər arasında “Facebook”un qurucusu Mark Zukerberq də var idi.
Bu barədə “New York Post” qəzeti məlumat yaymışdı.
“Facebook”da şəxsi məlumatları oğurlanan 533 milyon istifadəçi ilə bərabər M. Zukerberqin də telefon nömrəsi xüsusi haker platformasında yer alıb.
“Twitter” istifadəçilərindən biri buna diqqət çəkib və telefon nömrəsinin fotosunu paylaşmışdı.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...