TRTAJANS - “Terrorla mübarizə əməliyyatlarımız qanunidir, heç kimdən icazə almırıq" - video

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

"Türkiyənin həyata keçirdiyi terrorla mübarizə əməliyyatları həm qanuni haqqıdır, həm də insani vəzifəsidir".

Bunu Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki partiya qrupunun iclasında deyib.

Türkiyənin terrorla mübarizədəki əzmininin bəzi ölkələri narahat etdiyi bildirən Ərdoğanın "Bir də deyirəm. Bu əməliyyatlar həm qanuni haqqımız, həm də insani vəzifəmizdir. Bu terorçuların kökünü kəsmək üçün lazım olanı yerinə yetirmək əzmindəyik".

“Nə edirlər etsinlər, istiqlal sevgimizi söndürə bilməyəcəklər. Nə edirlər etsinlər, canımızdan dəyərli olan vətənimizi parçalaya bilməyəcəklər. Nə edirlər etsinlər, dövlətimizi yıxa bilməyəcəklər”, - deyə dövlət başçısı qeyd edib.

Dünyadakı bütün balansı dəyişən yeni növ koronavirus (Covid-19) epidemiyasını yaxından izlədiklərini dilə gətirən Rəcəb Tayyib Ərdoğan "Ölkəmizdə də təsirli olan virus 2 milyondan çox vətəndaşımızın "Covid-19"a yaxalanmasına səbəb olmuşdur. Gördüyümüz tədbirlər ilə bunu ən az ziyanla aradan qaldırmaq üçün ciddi uğurlara imza atan ölkələrdən biri olduq və 2020-ci ili iqtisadi baxımdan böyümə ilə bağlayan bir neçə ölkədən olduq. Hazırda QərbTürkiyənin səhiyyə sistemini nümunə götürür" deyib.

Pin It
»

40% Endirimli

Qalereya