TRTAJANS - "Xocalıların yandırıldığı tonqaldan qışqırtı və imdad səsləri gəlirdi"-ERMƏNİ JURNALİST

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Livanda yaşıyan erməni yazıçı-jurnalist David Xerdiyan Xocalı hadisələrindən bəhs edən "Xaç uğrunda" kitabında yazır:

 


"...Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi və mən beləcə 1200 meyidin üstündən keçdim". "Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı, daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi..."
("Təzadlar")

Pin It
»

40% Endirimli

Qalereya