TRTAJANS - "Soydaşlarımız Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiya etməlidirlər, lakin ana dilini unutmamalıdırlar"

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

 

"Soydaşlarımız gürcü dilini öyrənməli və Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiya etməlidirlər, lakin ana dilini unutmamalıdırlar".

Bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisidə azərbaycanlı icmanın üzvləri ilə görüşdə qeyd edib. Yerli icma nümayəndələri ana dilində bədii kitabların çatışmazlığı ilə bağlı nazirə suallar ünvanlayıblar. Nazir bu barədə deyib: “Hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsi nəzərdən keçiriləcək. Bunun üçün bu ölkədəki kitabxanalarla bağlı təhlil aparılmalıdır”. O həmçinin qeyd edib ki, Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə Azərbaycan Kitab Evinin yaradılması imkanları araşdırıla bilər: “Bu, icma üzvlərinə azərbaycandilli kitabları yerində əldə etmək imkanı verəcək”. Nazir Gürcüstanın azərbaycanlı rəssamlarının Bakıda sərgisinin təşkili təklifinə də münasibət açıqlayıb: “Rəssamlara ən gözəl dəstək onların sərgisinin keçirilməsidir. Sərginin Bakıda sərgi salonlarından birində təşkilinə dəstək verməyə hazırıq”, - deyə mədəniyyət naziri Anar Kərimov qeyd edib.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...